Liviyada ölǝnlǝrin sayı 47-yǝ çıxıb

Liviya, ötǝn gün bombalı hücumlara sǝhnǝ olub.

226354
Liviyada ölǝnlǝrin sayı 47-yǝ çıxıb

Liviya, ötǝn gün bombalı hücumlara sǝhnǝ olub
Liviyanın şǝrqindǝki Kubba şǝhǝrindǝ bomba yerlǝşdirilmiş maşınlarla edilǝn hücumda ölǝnlǝrin sayı 47-yǝ çıxıb. Hücumlarda 70 nǝfǝrin dǝ yaralandığı bildirilib.
Ölkǝ rǝsmilǝri, hücumlarda, bir yanacaqdoldurma mǝntǝqǝsinin vǝ Nümayǝndǝlǝr Palatası sǝdrinin evinin hǝdǝf götürüldüyünü qeyd ediblǝr.
Hücumun mǝsuliyyǝtini terror tǝşkilatı DEAŞ-la ǝlaqǝsi olan bir qrup üzǝrinǝ götürüb.
Mǝclisin bir nümayǝndǝsi hücumların Misirin Derna yaxınlığında DEAŞ hǝdǝflǝrinǝ endirdiyi hava zǝrbǝlǝrinin qisasını almaq üçün edilǝ bilǝcǝyini bildirib.
Ölǝnlǝr üçün ölkǝdǝ 7 günlük matǝm elan edilib.
ABŞ hücumları pislǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr