Çin yeni ilin gəlişini qeyd edir

Çin əhalisi möhtəşəm atəşfəşanlıqla yeni ili qarşılayıb.

225480
Çin yeni  ilin gəlişini qeyd edir

Çin əhalisi möhtəşəm atəşfəşanlıqla yeni ili qarşılayıb.
2014-cü ilin uğursuz il olduğunu düşünün çinlilər, ay təqviminə əsasən 19 Fevralda başlayan Keçi ilinin uğur gətirməsini istəyiblər.
Paytaxt Pekində təşkil olunan tədbirlərə qeyri-adi geyimlərlə qatılan insanlar minlərlə rəqqas və akrobatın hərəkətlərini maraqla izləyiblər.
Yeni il şnliklərində paytaxt sakinləri ilə yanaşı turistlər də iştirak edib.
Gecə yarısında təşkil olunan möhtəşəm atəşfəşanlıq isə izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Bu arada Nyu-York və Londondakı Çin məhəllərində də yeni il rənkli tədbirlərlə qeyd olunub.
Nyu-Yorkda havanın çox soyuq olmasına baxmayaraq yeni il şənliklərinə çoxlu Çinli qatılıb.
İngiltərə Baş Naziri David Cameron Çin xalqını yeni il münasibəti ilə təbrik edib, Çin məhəlləsindəki şənliklərdə Uels Şahzadəsi Charles və həyat yoldaşı Calmilla da iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr