Terrorizmə heç bir din cavabdeh deyil

Terrorizmə heç bir din cavabdeh deyil

223133
Terrorizmə heç bir din cavabdeh deyil

  Birləşmiş Ştatların paytaxtı Vaşinqton ''Şiddətə qarşı mübarizə” sammitinə ev sahibliyi edib.

  Dünyada yüksələn radikalizm və terrorla mübarizə məsələlərinin müzakirə edildiyi bu sammitə Türkiyədən Milli Müdafiə naziri İsmət Yılmaz da qatılıb.

  “Ağ Ev”dəki son iclasda prezident Barak Obama iştirakçılara xitab edib. O deyib: "Terrorizmə heç bir din cavabdeh deyil. Terrorizmə insanlar məsuldur. Əl-Qaidə və Daişlə mübarizə dini liderlərə deyil, terroristlərə qarşı mübarizədir. Terrorun qarşısını almaqdan daha çox terrorun qarşısına keçmək lazımdır.”

  Radikal cərəyanlarla yalnız hərbi üsullarla mübarizə edilə bilməyəcəyini xatırladan Obama həm Qərb, həm də Müsəlman liderlərə adı keçən terrorist qruplara İslamı təmsil etmələrinə icazə verməməyə çağırıb.

  Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz sammit çərçivəsində "Xarici Terror Savaşçılarıyla Mübarizədə İnformasiya Mübadiləsi" yığıncağında da iştirak edib. Burda terrorçularla mübarizə çərçivəsində ölkələr arasındakı məlumat mübadiləsini inkişaf etdirilmək və əməkdaşlığı artırmaq məsələləri müzakirə olunub.

  Vaşinqtonda keçirilən ''Şiddətə qarşı mübarizə” sammitinin iştirakçıları 2015-ci ilin sentyabrında bu dəfə New Yorkda yenidən bir araya gəlməyi planlaşdırırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr