Nigerdə 36 nəfər həlak olub

Abadam bölgəsinə hücum zamanı 36 nəfərin ölüb 24-nün isə yaralandığı bildirilir.

223507
Nigerdə 36 nəfər həlak olub

Nigerdə hava hücumu zamanı 36 nəfər həlak olub.
Abadam bölgəsinə hücum zamanı 36 nəfərin ölüb 24-nün isə yaralandığı bildirilir.
Niger Ədliyyə Naziri Marou Amadou dövlət televiziyasına açıqlamasında hava hücumunun bir dəfn mərasimi zamanı həyata keçirildiyini bildirib.
Nazir hücumun “Boko Haram” qruplaşması və ya Niger və Nigeriyadakı yaraqlılar tərəfindən təşkil olunduğunu bilmədiklərini deyib.
Hücumlarla əlaqədar təhqiqata başladıqlarını bildirən Ədliyyə Naziri ölkədə 3 gün matəm elan olunduğunu da vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr