Avropa Şurası Fransaya xǝbǝrdarlıq edib
Şura, 22-26 sentiyabr tarixlǝrindǝ Fransada keçirilǝn görüşlǝr haqqında hesabat hazırlayıb.
Şura, 22-26 sentiyabr tarixlǝrindǝ Fransada keçirilǝn görüşlǝr haqqında hesabat hazırlayıb.
İnsan Haqları Tǝşkilatının nümayǝndǝsi Nils Muiznieks tǝrǝfindǝn hazırlanan hesabatda, “Fransada ayrı-seçkilik vǝ nifrǝt ifadǝlǝrinin artığı” barǝdǝ xǝbǝrdarlıq edilib.
Hesabatda bildirilib ki, Fransada mövcud qanunlara vǝ görülǝn tǝdbirlǝrǝ baxmayraq artan ayrı-seçkilik vǝ nifrǝt ifadǝlǝri ilǝ tǝcili olaraq mübarizǝ başladılması istǝnib. Ayrıca Fransada xüsusilǝ mühacirlǝrǝ, qibtilǝrǝ vǝ ǝlillǝrǝ yönǝldilmiş ayrı-seçkilik vǝ tolerantsızlıq ehtiva edǝn davranış vǝ siyasǝtlǝr tǝnqid edilib. Fransa qanuni vǝ tǝşkilatlar sǝviyyǝsindǝ bunlarla mübarizǝ apara bilǝcǝk qabiliyyǝtǝ sahibdir.
“Fransada rǝsmilǝr qanunların tǝtbiq edilmǝsi üçün daha konkret addımlar atmalıdır”-deyǝ hesabatda tövsiyǝ edilib.
Hesabatda o da vurğulanıb ki, 500 suriyalı qaçqını qǝbul edǝcǝyinǝ dair söz verǝn Fransa bunu yerinǝ yetirmǝli vǝ daha çox qaçqını ölkǝsinǝ qǝbul etmǝlidir.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb