Tunisdǝ yeni formalaşan hökumǝtǝ etimad göstǝrilib
Mǝclisdǝ 166 millǝt vǝkili hökumǝtǝ etimad göstǝrib, 30-u ǝleyhinǝ sǝs verib, 8-i isǝ bitǝrǝf qalıb.
Sǝsvermǝ nǝticǝsindǝ Habib Sid başçılığı altında qurulan vǝ dünyǝvi “Nida Tunis” partiyası ilǝ mühafizǝkar “Nahda Hǝrǝkatı”nın nümayǝndǝlǝrinin dǝ yer aldığı hökumǝtǝ etimad göstǝrilib.
Mǝclisdǝ 166 millǝt vǝkili hökumǝtǝ etimad göstǝrib, 30-u ǝleyhinǝ sǝs verib, 8-i isǝ bitǝrǝf qalıb.
Qeyd edǝk ki, Tunisdǝ oktyabrda keçirilǝn parlament seçkilǝrindǝ “Nida Tunis” birinci, “Nahda Hǝrakatı” isǝ ikinci yeri tutmuşdu.
Qeyd edǝk ki, prezident Baci Sibsinin tapşırığıyla “Nida Tunis” partiyasının namizǝdi vǝ sabiq daxili işlǝr naziri Habib Sid keçǝn ay kabineti qurub, ancaq “Nahda Hǝrǝkatı”nın da aralarında olduğu bǝzi partiyalar kabinetǝ etimad göstǝrmǝyǝcǝklǝrini açıqlayıb.
Bundan sonra “Nahda” üzvlǝrinin dǝ yer aldığı yeni bir kabinet qurulub.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.