Liberiyada Ebola mualicə mərkəzləri bağlanılır

Liberyada paytaxt Monroviada yerləşən Ebola müalicə mərkəzləri bağlanır.

211256
Liberiyada Ebola mualicə mərkəzləri bağlanılır

Liberyada paytaxt Monroviada yerləşən Ebola müalicə mərkəzləri bağlanır.
Səhiyyə nazirinin müavini Moses Massaquoi təşkil etdiyi mətbuat konfransında bu mərkəzlərin bəzilərinin təmir edildikdən sonra yenidәn açılacağını bildirib.
Massaquoi müalicə mərkəzlərinin bağlanılmasının Ebolanın tamamilə yox olduğu mənasına gəlmədiyini açıqlayıb.
Epidemiyanın qeydә alındığı Liberyada Ebolaya qarşı vaksinlәrdәn ötən gün istifadә olunmağa başlayıb.
Qeyd edək ki, Dünya Sahiyyə Təşkilatının son məlumatlarına görə, Qvineya, Sierra Leone və Liberiya daxil olmaqla, Qərbi Afrika ölkələrini bürüyәn Ebola epidemiyası 8 min 641 nəfərin hәyatına son qoyub.
Liberiyada isә Ebola virusundan 3 min 605 nəfər ölüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr