Əfqan qadınlarından etiraz

Əfqanistanın paytaxtı Kabildə qadın hüqüq müdafiәçilәri, fәlları yeni kabinetdə qadınlara yer verilmədiyi üçün etiraz mitinqi keçiriblәr.

207955
Əfqan qadınlarından etiraz

Əfqanistanın paytaxtı Kabildə qadın hüqüq müdafiәçilәri, fәlları yeni kabinetdə qadınlara yer verilmədiyi üçün etiraz mitinqi keçiriblәr.
Qadın millət vəkillərinin də qatıldığı təxminən 150 nəfərlik mitinqdә hökümətin yeni kabinetində ən az 4 qadın nazirə yer ayırmalı olduğu vurğulanıb. Əks-halda millət vəkillərinin digər nazir postuna olan namizədlərə etimad səsi verməməsi tələb edilib.
Millət vəkili Rengina Karqer hökümətin parlamentə təqdim edəcəyi digər namizədlər siyahısında qadınlara da yer ayrılmasının vacibliyini diqqətə çatdırıb. O deyib ki, baş nazir Əşrəf Qəni kabinetdə 4 nazirin tәmsil olunacağına söz versә dә, vәdinә xilaf çıxıb.
Qeyd edәk ki, Əfqanistan parlamenti keçən həftə baş nazir Əşrəf Qəni tərəfindən yeni kabinet üçün təqdim olunan 26 nazir namizədindən səkkizinə etimad göstәrib. Siyahıda qadın namizədlər yer almayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr