183 məhbusa edam qərarı

Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Misirdə 183 məhbus haqqında verilən edam qərarından “dərin narahatlıq” hiss etdiyini açıqlayıblar

207783
183 məhbusa edam qərarı

  ABŞ Dövlət katibliyindən Jen Psaki Misir hökümətini “mühakimə edilən bütün misirlilərin fərdi haqqlarını qorumağa və kütləvi edamlara son verməyə” çağırıb.

  Psaki kütləvi məhkəmələrdə dəlillərin ələ alınmadığını və şahidlərin dinlənilməsi prosesində ədalətli davranılmadığını deyib. Amma Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursinin devrilməsi mövzusuna toxunmayıb.

  Avropa İttifaqının Xarici işlər üzrə təmsilçisi Federika Mogheri də öz çıxışında 183 məhbusun edam edilməsiylə bağlı Misirin beynəlxalq insan hüquqlarını pozduğunu bildirib.

  Vaşinqtonda Ağ Saray, Dövlət Katibliyi, Konqres və digər təşkilatlarla Müsəlman Qardaşlar Təşkilatı (İhvan) üzvlərinin də daxil olduğu Misir müxalifətilə görüşlər davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr