Yunanıstanın Baş naziri Çipras Qıbrısa səfər edəcək

Yunanıstanın Baş naziri Çipras ilk xarici səfərini Qıbrısa reallaşdıracaq.

206668
Yunanıstanın  Baş naziri Çipras Qıbrısa səfər edəcək

Yunanıstanın Baş naziri Çipras ilk xarici səfərini Qıbrısa reallaşdıracaq.
Qıbrısa səfəri çərçivəsində Çipras ilk növbədə adanın yunan lideri Nikos Anastasiadis ilə bir araya gələcək. Daha sonra isə Məclisin xüsusi iclasında çıxış edəcək və siyasi partiyaların liderləri ilə görüşəcək.
Aleksis Çipras Qıbrıs səfərindən sonra çərşənbə axşamı İtaliya, çərşənbə günü isə Paris və Brüsselə gedəcək.
Çipras Avropa təmasları çərçivəsində Yunanıstanın borçları məsələsində avropalı ortaqlarıyla yeni planları müzakirə edəcək.
Bu arada, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu ‘‘Çipras ölkəsinə və bölgəyə sülhə töhvə vermək istəyirsə, Kipr məsələsində radikal siyasətindən əl çəkilməlidir’’-, deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr