İrqçilik zәminindә olan hücumlardan etiraz

İrqçilik və İslamofobiya zәminindә olan hücumlardan, paytaxt Vyanada canlı musiqi müşayiәtindә etiraz edilib.

201771
İrqçilik zәminindә olan hücumlardan etiraz

Avstriyada irqçilik zәminindә olan hücumlara etiraz
Avstriyada artan irqçilik və İslamofobiya zәminindә olan hücumlardan, paytaxt Vyanada canlı musiqi müşayiәtindә etiraz edilib.
Avstriya Müsəlman Gənclik Dərnəyinin, artan irqçilik hadisələrinə diqqət çəkmək məqsədiylə Vyanada İnsan Hüquqları Meydanında "Daha möhkәm cəmiyyət hәmrәyliyi üçün bir tәbәssüm hədiyyə et" şüarıyla tәşkil etdiyi tәdbirә, Avstriya Katolik Gəncliyi, İctimai Demokratlar Gənclik, Avstriya Xalq Partiyası Gənclik vә Neos Partiyası Gənclik tәşkilatları, Katolik Gənc Dəstə-dəstə Qrupu və Avstriya Gənclik Parlamenti üzvləri də dəstək verib.

Avstriya Müsəlman Gənclik Dərnəyi İdarə heyəti Üzvü Dudu Küçükgöl açıqlamasında, son günlərdə cәrәyan edәn kədərli və mənfi hadisələrdən sonra cəmiyyətə müsbət istiqamətdə bir şeylər təqdim etmək üçün belə bir nümayiş tәşkil edildiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr