Ukraynanın şǝrqinde qarşıdurmalar davam edir

Atǝşkǝsin bǝrqǝrar olması üçün diplomatik sǝylǝr davam edǝrkǝn qarşıdurmalarda ölǝnlǝrin sayı da artır.

196277
Ukraynanın şǝrqinde qarşıdurmalar davam edir

Atǝşkǝsin bǝrqǝrar olması üçün diplomatik sǝylǝr davam edǝrkǝn qarşıdurmalarda ölǝnlǝrin sayı da artır.

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 dinc sakin həlak olub.
Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirdiyinǝ görǝ separatçılar şəhərin Kiyev, Olimpiya və 1 May küçələrindəki yaşayış binalarını hədəf alıb. Hadisə yerində operativ istintaq qrupu işləyir, milis həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Antiterror əməliyyatının qərargahı atəşin “Qrad” qurğularından açıldığını və raketlərin Mariupol şəhərinin Şərq mikrorayonuna düşdüyünü açıqlayıb. Nəticədə mənzillərin şüşələri qırılıb, avtomobillər yanıb. Şahidlər raketlərdən birinin şəhərin Kiyev rayonundakı bazara düşdüyünü xəbər veriblər. İnsanlar bombalanan ərazini tərk etməyə çalışır. Şəhərin müdafiə qərargahının rəhbərinin müavini Denis Qavrilov bildirib ki, kəşfiyyatın məlumatlarına əsasən hələlik şəhərə geniş miqyaslı hücum yoxdur.
Tǝrǝflǝr birbirlǝrini atǝşkǝsi pozmaqda ittiham edir.
Avropa İttifaqının Beynǝlxalq Әlaqǝlǝr vǝ Tǝhlükǝsizlik siyasǝti üzrǝ ali nümayǝndǝsi Federika Moqerini, Moskvanı mǝsuliyyǝti üzǝrinǝ götürmǝyi çağırıb.
BMT tǝrǝfindǝn verilǝn açıqlamada da, zorakılıq hadisǝlǝrinin başladığı aprel ayından hǝyatını itirǝnlǝrin sayının 5 min 100 min olduğu bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr