"Türkiyǝ böyük işlǝr görür"

İngiltǝrǝ xarici işlǝr naziri Hammond, İŞİD-ǝ qatılmaq mǝqsǝdi ilǝ Suriyaya getmǝk istǝyǝn şǝxslǝrin qarşısının alınmasında Türkiyǝnin böyük işlǝr gördüyünü bildirib.

195603
"Türkiyǝ böyük işlǝr görür"

İngiltǝrǝ xarici işlǝr naziri Filip Hammond, İŞİD-ǝ qatılmaq mǝqsǝdi ilǝ Suriyaya getmǝk istǝyǝn şǝxslǝrin qarşısının alınmasında Türkiyǝnin böyük işlǝr gördüyünü bildirib.
Paytaxt Londonda ötǝn gün keçirilǝn “İŞİD ilǝ mübarizǝ” toplantısından sonra Hammond, ABŞ dövlǝt katibi Con Kerri vǝ İraq baş naziri Heydǝr ǝl-Abadi ilә birgǝ mǝtbuat konfransı tǝşkil edib.
Jurnalistlǝrdǝn birinin döyüşmǝk mǝqsǝdi ilǝ Suriyaya getmǝk istǝyǝnlǝrin vǝ onların İngiltǝrǝyǝ qayıtmalarının qarşısının alınmasına dair sualına cavab verәn Hammond deyib ki, çox saylı insan Avropa ölkǝlǝrindǝn tranzıt kimi istifadǝ edir. Bu ölkǝlǝrdǝ tǝhlükǝsizlik qüvvǝlǝri ilǝ ǝlaqǝ saxlamaqda davam edirik.
Hammond Türkiyǝnin dǝ Suriyaya getmǝk istǝyǝn xarici ölkǝ vǝtǝndaşlarının qarşısının alınmasında ciddi addımlar atdığını vurğulayaraq bildirib ki, keçid mǝntǝqǝsindǝki problemlǝr sǝbǝbindǝn bu mǝsǝlǝdǝ yüz faiz uğur qazanmaq qeyri-mümkündür. Türkiyǝnin baş naziri bu mәsәlәdә haqlıdır.
ABŞ dövlǝt katibi Con Kerri dǝ İŞİD-in sadǝcǝ İraqın vǝ ya Suriyanın problemi olmadığını, bunun qlobal bir problem olduğunu ifadǝ edǝrǝk, bu çǝrçivǝdǝ İŞİD-ә qarşı effektiv mübarizǝyǝ ehtiyac olduğunu qeyd edib.
İraqda son aylarda İŞİD-in zǝiflǝdiyinǝ diqqǝt çǝkǝn Kerri bildirib ki, bahar aylarında Sǝudiyǝ Әrǝbistanı, Türkiyǝ vǝ Qǝtǝrdǝki düşǝrgǝlǝrdǝ suriyalı müxalifǝt qüvvǝlǝrinin tǝlim fǝaliyyǝtlǝri başladılacaq.
İraq baş naziri Heydǝr ǝl-Abadı dǝ öz növbǝsindǝ deyib ki, daha çox dǝstǝk almaq üçün Londona gәlib. Son aylarda İraqın silah-sursatla tǝmin edilmǝsindǝ artım olub.
Qeyd edǝk ki, Londonda ötǝn gün keçirilǝn vǝ 20 ölkǝ nümayǝndǝlәrinin qatıldığı toplantıda Trükiyǝni xarici işlǝr naziri Mövlud Çavuşoğlu tǝmsil edib. Toplantıya BMT baş katibinin İraq üzrǝ xüsusi nümayǝndǝsi Nikolay Mladenov vǝ Avropa İttifaqının Beynǝlxalq Әlaqǝlǝr vǝ Tǝhlükǝsizlik Siyasǝti üzrǝ ali nümayǝndǝsi Federika Moqherini dǝ qatılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr