Berlindә Dördtәrәfli Ukrayna toplantısı
Ukrayna vә separatçılarin hәrbi texnikaları atәşkәsin elan olunduğu sәrhәdlәrdәn 15 kilometr uzaqlaşdırması ilә bağlı razılıq әldә edilib.
Almaniyanın ev sahibliyi ilә ötәn gün bu ölkәnin xarici işlәr naziri Frank-Valter Staynmayerin vә onun Rusya, Ukrayna vә Fransadan olan hәmkarlarının iştirakıyla keçirilәn toplantıda tәrәflәr keçәn il Minskdә qәbul edilmiş atәşkәsin quvvәdә olduğunu bәyan edәrәk, ona әmәl olunmasının vacibliyini vurğulayıblar.
Tәrәflәr Ukrayna vә separatçılarin hәrbi texnikaları atәşkәsin elan olunduğu sәrhәdlәrdәn 15 kilometr uzaqlaşdırması ilә bağlı razılıq әldә ediblәr. Ukrayna, Rusya ve ATƏT-ın tәmsil olunduğu "Ukrayna Tәmas Qrupu"nun qısa bir zamanda Qazaxistanın paytaxtı Astanada sülh danışıqlarına başlaması ilә bağlı anlaşma әldә olunub.
Rusya xarici ilәr naziri Sergey Lavrov "tәrәflәrin mövqelәrinә çәkilmәsi" mәsәlәsindә "güclü dәstәyin" olmasını toplantının әn önәmli nәticәsi adlandırıb.
Berlinde atәşkәslә bağlı görüşlәri davam etdirәrkәn ötәn gün Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurası bölgәdәki durumu dәyәrlәndirmәk üçün yenidәn toplanıb.
Bu, Tәhlükәsizlik Şurasının Ukrayna böhranı ilә bağlı sayca 28-ci toplantısı olub. Toplantıda Amerika Birleşmiş Ştatlarının BMT-dәki daimi nümayәndәsi baş verәn olaylarda Rusyanı suçlayıb.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb