Hindular 3 müsəlmanı yandıraraq öldürüb

Hindu və müsəlman qruplar arasında baş verәn qarşıdurmalarda üç kəndli yanaraq ölüb.

190342
Hindular 3 müsəlmanı yandıraraq öldürüb

Hindular 3 müsəlmanı yandıraraq öldürüb. Hindistanın şərqindəki Bihar əyalətində Hindu və müsəlman qruplar arasında baş verәn qarşıdurmalarda üç kəndlinin yanaraq öldüyü bildirilir.
Yerli icra nümayәndәlәrinin sözlәrinә görә, əyalət paytaxtı Patnanın 105 kilometr şimalında Azizpur kəndində qarşıdurmalar 19 yaşlı bir Hindu gəncin cəsədinin tapılmasından sonra baş verıb. Müsəlman bir gənc qızla yaxın əlaqədә olduğu iddia edilәn gənc təxminən bir həftə әvvәl itkin düşmüşdü. Bundan sonra hinduların müsəlmanlara aid daxmaları atəşə tutması nәticәsındә baş verәn yanğın zamanı 3 kәndlini xilas etmәk mümkün olmayıb. Hadisә ilә bağlı 8 nar saxlanılıb. Əyalət rəhbərliyi hadisә zamanı həyatını itirənlәrin ailələrinə sәkkiz min dollar təzminat ödəniləcəyini açıqlayıb..


Etiketlәr:

Әlaqәli Xәbәrlәr