Fransada gәrginlik artaraq davam edir

Paris hücumlarından sonra Fransada yaranan gәrginlik artaraq davam edir.

189358
Fransada gәrginlik artaraq davam edir

17 nәfәrin həyatını itirmәsi ilә nәticәlәnәn Paris hücumlarından sonra Fransada yaranan gәrginlik artaraq davam edir.
Ölkədəki Müsəlmanlar irqçiliyin artması səbəbiylə hədəf halına gəlməkdən narahat olduqlarını sәslәndirirlәr.
Dünən irqçiliyə və nifrətə qarşı birləşən qrupların nümayişinə səhnə olan Paytaxt Paris-dә müsəlmanların hədəf halına gətirildiyi xarici düşmənçiliyinә qarşı aksiya keçirilib. Nümayişә qatılan fərqli qruplardan yüzlərlə aksiyaçı, cəmiyyətin etniki quruluşunun qorunmasını və bərabərlik tәlәblәrini sәslәndiriblәr.
Hökumətin ölkədəki Müsəlmanları sərhəddәn kәnarlaşdırmaq üçün xaric irqçilik və İslam düşmənçiliyindən istifadә etmәkdә meyilli olduğunu qeyd ediblәr. Nümayişçilər, Charlie Hebdo-nun ifadə azadlığı bəhanəsiylə yalnız Müsəlmanları deyil fərqli qrupları da tәhqir etdiyini söylәyiblәr.
Sıx təhlükəsizlik tədbirləri altında təxminən 3 saat davam edən nümayiş daha sonra sakitçiliklә sona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr