Arsen Avakov Rusiyaya çağırış edib
Ukrayna daxili işlǝr naziri Arsen Avakov Rusiyaya çağırış edib.
Ukrayna daxili işlǝr naziri Arsen Avakov Rusiyaya çağırış edib.
Avakov, Rusiya hüquqa hörmǝtlǝ yanaşan bir ölkǝ olduğunu sübuta yetirmǝk istǝyirsǝ, Viktor Yanukoviç vǝ İnterpolun axtarılanlar siyahısındakı digǝr yüksǝk sǝviyyǝli sǝlahiyyǝtlilǝri dǝ geri vermǝlidir”deyib.
İnterpolun, Ukraynanın keçmiş lideri Yanukoviçlǝ bağlı qǝrarını mǝmnunluqla qarşıladıqlarını bildirǝn Arsen Avakov, bu mǝrhǝlǝdǝn sonra Rusiyanın Yanukoviçi geri vermǝ prosesini hǝyata keçirmǝsinin vacibliyini ifadǝ edib.
O deyib ki, Rusiyada Yanukoviçi tapmaq çǝtin deyil. O Rusiyada adi bir insan kimi yaşayır vǝ müsahibǝlǝr verir.
Rus interfaks agentliyi isǝ, Rusiya hökumǝtinǝ yaxın bir mǝnbǝyǝ ǝsaslandırdığı xǝbǝrindǝ, Rusiyanın Yanukoviçi geri vermǝk istǝmǝdiyini bildirib.
Xatırladaq ki, hazırda Rusiyada olan Viktor Yanukoviç və oğlu Aleksandr Yanukoviç haqqında İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.