Rupert Murdoch-dan (Rupırt Mördah) dәrin reaksiyalara sәbәb olan açıqlama

News Corp-un sahibi Rupert Murdoch Fransadakı Charlie Hebdo hücumu haqqında ictimai mediada qalmaqala sәbәb olan bir açıqlama bölüşüb.

181174
Rupert Murdoch-dan (Rupırt Mördah) dәrin reaksiyalara sәbәb olan açıqlama

Qlobal media nəhəngi News Corp-un sahibi Rupert Murdoch Fransadakı Charlie Hebdo hücumu haqqında ictimai mediada qalmaqala sәbәb olan bir açıqlama bölüşüb.
Murdoch, sosial mediada bölüşdüyü ilk açıqlama, “Müsəlmanların çoxu sülhpәrvәr ola bilәrlәr, ancaq hәr ötәn gün yayılan vә xәrçәng xәstәliyinә bәnzәyәn cihatçılıq anlayışını dәrk edib vә onu mәhv edәnә qәdәr terrordan məsul hesab edilmәlidilәr” deyib.
Parisdəki basqın ilә әlaqәdar açıqlamasına dünyanın hәr tәrәfindәn sәrt reaksiya göstәrilәn Media әrbabı Rupert Murdoch, sosial mediada paylaşdığı ikinci açıqlamasında isә 'Cihatçılık təhlükəsi Filippindən Afrikaya, Avropadan ABŞ-na qədər hər yerə yayılır. Siyasi baxımdan doğruçuluq adından ikiüzlülük istiqamәtindә addım atılır deyib.
Yarım milyondan çox izlәyiçsi olan Murdoch-in sosial mediada bölüşdüyü açıqlamanı yalnız bir neçə min nәfәrin bәyәnmәsi diqqət çəkir.
Media әrbabı olan Murdoch-un bәzi izlәyicilәri isә " Bir neçә insanın gördüyü cinayәt sәbәbәbi ilә milyardlarla insanı ittiham etmәk sәhvdir " deyәrәk öz reaksiyalarını sәslәndirәrkәn, bәzi izlәyicilәr dә Murdoch-ın rәhbәrliyindәki media nəhəngiylә bağlı rüsvayçılıqları xatırladıblar. "Bu anlayışa görә sən də hәyatını itirәn tələbələrin səsli mesajlarını mәhv etmәk cinayәti ilә ittiham edilmәlisәn” deyiblәr.
Murdoch-ın mәrkәzi Londonda olan bir qəzeti, qeyri-qanuni telefon dinləmə rüsvayçılığı sәbәbiylә bağlanıb, Mәrkәzi New York-dakı bir qəzeti isә rüşvət rüsvayçılığına görә problemli vә çәtin günlər yaşayıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr