Köln şǝhǝrindǝ PEDİGA ǝleyhinǝ mitinq

Almaniyada irqçi vǝ İslam ǝleyhinǝ olan PEDİGA hǝrǝkatına qarşı göstǝrilǝn reaksiyalar artmaqdadır.

174221
Köln şǝhǝrindǝ PEDİGA ǝleyhinǝ mitinq

Almaniyada irqçi vǝ İslam ǝleyhinǝ olan PEDİGA hǝrǝkatına qarşı göstǝrilǝn reaksiyalar artmaqdadır.
Köln şǝhǝrindǝ qeyri-hökumǝt tǝşkilatlarının çağırışına ǝsasǝn mühacir vǝ İslam ǝleyhinǝ olan PEDİGA hǝrǝkatına qarşı nümayiş keçirilib.
Nümayişǝ minlǝrlǝ insan qatılıb. Ümumilikdǝ alman olan nümayişçilǝr, “Deutz Meydanı”nda bir araya gǝliblǝr.
Köln şǝhǝrinin bǝlǝdiyyǝ sǝdri, ölkǝdǝki qǝyri-hökumǝt tǝşkilatının nümayǝndǝlǝri ilǝ yanaşı çoxlu sayda xristian vǝ musǝvi camaatlarına mǝnsub insanlar da mitinqǝ qatılıb.
Çıxış edǝnlǝr insanları tolerantlı olmağa çağırıblar.
PEDİGA ǝleyhinǝ şüarlar sǝslǝndirilib vǝ İslamafobiya qınanıb.
Polis ǝmǝkdaşları mitinq keçirilǝn meydan vǝ ǝtrafında tǝhlükǝsizlik tǝdbirlǝri görüb.
Meydana daxil olmağa cǝhd göstǝrǝn irqçi vǝ İslam ǝleyhinǝ olan PEDİGA üzvlǝrinǝ polis müdaxilǝ edib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr