Norveçdən NATO-ya dəstək

Norveç hökuməti, ölkənin cənubundakı Telemark Batalyonununu NATO qüvvələrinə (NATO Response Force) həvalə etməyi qərara alıb.

170504
Norveçdən NATO-ya dəstək

Norveç hökuməti, ölkənin cənubundakı Telemark Batalyonununu NATO qüvvələrinə (NATO Response Force) həvalə etməyi qərara alıb. Norveç, eyni zamanda bu qüvvələrə, mina axtaran gəmiləriylə də dəstək verəcək.
Müdafiə naziri İne Eriksen Söreide, mövzuyla əlaqədar etdiyi açıqlamada, NATO-nun ən yaxşı funksiyasının müdafiə olduğunu deyib. Nazir, həm də NATO-ya üzv ölkələri müdafiə etmək üçün sürətli bir əks hücum xüsusiyyətinin yaradılmasını dəstəklədiyini ifadə edib.
Mövcud təhlükəsizlik planlarında NATO-nun ilk növbədə, qüvvələrini lazımlı yerlərə qısa zamanda çatdırmaq qabiliyyətini inkişaf etdirmək olduğuna işarə edən nazir, Norveçin bu il bu funksiyanı inkişaf etdirməkdə öndə gedən bir ölkə olacağını qeyd edib.
Söreide, “Telemark Batalyonu, bütün il boyu bu xidmətə hazır halda olacaq” deyə vurğulayıb. Norveçin Telemark bölgəsində yerləşən hərbi birliyin Alman və Hollandiyalı qüvvələrlə koordinasiyalı hərəkət edəcəyi bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr