Ebola yayılmaqda davam edir

İngiltərədə müalicəsi davam edən səhiyyə işçisi Pauline Cafferkeyin vəziyyətinin ağır olduğu açıqlanıb.

170526
Ebola yayılmaqda davam edir

Qərbi Afrikada Ebola virusuna yoluxan və İngiltərədə müalicəsi davam edən səhiyyə işçisi Pauline Cafferkeyin vəziyyətinin ağır olduğu açıqlanıb.
İngiltərə Baş naziri David Cameron rəsmi “Twitter” səhvəsində, “Dualarım Ebola virusuna yoluxan tibb bacısı Pauline Cafferkey və ailəsiylədir” deyə yazıb.
Bu arada Cənubi Koreyadan könüllü olaraq Siera Liona işləməyə gedən səhiyyə işçisi Ebola şübhəsi ilə Almaniyaya aparılıb. Adı gizli saxlanılan tibb işçisinin Ebola virusuna yoluxub yoluxmaması hələ müəyyən olunmayıb. 21 gün ərzində karantində tutulacaq Cənubi Koreyalı səhiyyə işçisində virus təsbit edilməzsə ölkəsinə geri göndəriləcək.
Dünya Sağlamlıq Təşkilatının son məlumatlarına görə isə 2013-cü ilin dekabr ayından bu zaman qədər Ebola epidemiyası səbəbiylə ölənlərin sayı 8 mini keçib. Virusa yoluxan 678 tibb işçisindən 382-i həyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr