Islamic Relief-dan "Yetim yeməyi" kampaniyası

İslamic Relief"in təşkil etdiyi "Yetim yeməyi" kampaniyası, 2 Yanvarda başlayacaq.

167532
Islamic Relief-dan "Yetim yeməyi" kampaniyası

Beynəlxalq humanitar yardım dərnəyi "İslamic Relief"in təşkil etdiyi "Yetim yeməyi" kampaniyası, 2 Yanvarda Almaniyada başlayacaq.
Ölkədәki Müsəlman və geyri Müsəlmanların bir araya gәlәrәk yetimləri dəstəkləyəcəyi kampaniyaya, Almaniyanın keçmiş prezidenti Christian Wulff ilə Miqrasiya, Qaçqın və uyğunlaşmadan məsul Dövlət Naziri Aydan Özoğuz da dəstək verəcək.
Wulff, 12 Yanvarda Hannoverdə bir müsəlman ailəyə qonaq olaraq onlarla birlikdə nahar yemәyini yeyәcәk vә kampaniyaya dəstək verәcәk. Özoğuz isә 3 Fevralda Berlində Suriyalı bir ailənin evindә qonağı olacaq.
Islamic Relief, Almaniyada çətin vəziyyətdə yaşayan yetim uşaqlar üçün insanları məsuliyyətә cәlb edir vә tәşkil etdiyi tәdbirlә fәrqli din və mәnşәdәn insanları bir araya gәtirmәkdә sәy edir.
"Yetim yeməyi" kampaniyası 2 Yanvar-2 Fevral 2015 tarixləri arasında davam edәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr