Gəmidə yanğın:ölәn var

422 sərnişin və 56 heyətlə İtaliyaya gedən gәmidә yanğın baş verib.

163633
Gəmidə yanğın:ölәn var

Adriatik dənizində 422 sərnişin və 56 heyətlə Yunanıstandan İtaliyaya gedən gәmidә yanğın baş verib.
Nəzarət altına alındığı bildirilәn yanğın nәticәsindә Yunanıstanlı bir sərnişin həyatını itirib, iki sərnişin isә ağır yaralanıb. Evakuasiya işlәri aramsız davam edәn gәmidә olan 52 Türk sərnişindәn 3-ü xilas edilib.
İtaliya, Yunanıstan və Albaniyadan bölgəyə vertolyotlar və xilas etmi gəmiləri göndərilib. Bölgədəki yük gәmilәr dә xilas etmә fәaliyyәtlәrinә dəstək verir.
Ancaq geyri sabit hava şәraiti səbəbiylə xilasetmə işləri çətinliklə aparılır.
Digər tərəfdən İtalyanın Ravenna Limanı yaxınlığında Türkiyə bayraqlı Gökbel adlı yük gəmisi, Beliz bayraqlı bir gəmiylə toqquşma nәticәsindә batıb.
Gəmidədәki 11 nәfәrlik Türk heyәtdәn 5-i xilas edilib. 2-nin cəsədi çıxarılıb.
Itkin düşәn 4 nәfәri axtarma vә xilas etmә işlәri isә geyri sabit hava şәraiti sәbәbi ilә dayandırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr