Xorvatiyada prezident seçkiləri keçirilir

Prezident İvo Yosipoviç aparılan son sorğuların nəticələrinə əsasən qələbə qazanacaq.

163070
 Xorvatiyada prezident seçkiləri keçirilir

 Xorvatiyada Prezident İvo Yosipoviç aparılan son sorğuların nəticələrinə əsasən liderdir. Seçicilərin 46,5 faizinin Yosipoviçə səs verməsi gözlənilir.

Prezidentin əsas rəqibi sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviçdir. Sorğulara əsasən, sabiq nazir seçicilərin 34,9 faizinin səsini qazana bilər.

Prezidentlik kürsüsü uğrunda mübarizə dörd namizəd arasında aparılacaq. Ekspertlərin fikrincə, namizədlərin heç biri səslərin 50 faizini toplaya bilməyəcək və yanvarın 11-də ikinci tura hazırlıqlar başlamalıdır.

Xorvatiyada Dövlət Seçki Komissiyasının, qeyri-rəsmi ilk nəticələri gecə saatlarından tutmuş açıqlaması gözlənilir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr