Eboladan ölənlərin sayı sürrətlə artıb

Ebola epidemiyasının qarşısı alına bilmir.

158563
Eboladan ölənlərin sayı sürrətlə artıb

Ümum Dünya Sәhhiyә Təşkilatının xəbərinə əsasen ebola epidemiyasının qarşısı alına bilmir. Xəstəliktən ölənlərin sayı 7 min 500-ü ötüb.
İlk olaraq Mart ayında görülən epidemiya hadisələrində İyul ayından etibarən azalma müşahidә olunsa da oktyabr ayında bu xəstəlikdən ölənlərin sayı sürətlə artmağa başlayıb.
Afrika ölkələri Qvineya, Liberiya və Sierra Leonedə 20 minə qәdәr adam Ebola ilə mübarizə aparır.
Epidemiya bölgəsində çalışan 649 səhiyyə әmәkdaşından 365-nin də xəstəliyə yoluxaraq öldüyü bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr