Ebola virusundan ölənlərin sayı artmaqda davam edir

Ebola virusundan ölənlərin sayının 7 mini keçib.

154482
 Ebola virusundan ölənlərin sayı artmaqda davam edir

Dünya Səhiyyə Təşkilatı, Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayının 7 mini keçdiyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, epidemiyanın davam etdiyi Liberiya, Qvineya və Sierra Leonda 7 min 373 nəfər həyatını itirib və bu günə qədər 19 min 31 nəfərdə Ebola virusu aşkarlanıb.
Ebola virusu səbəbiylə Qərbi Afrika ölkələrindən başqa Malidə 6, Nigeriyada 8, ABŞ-da isə 1nəfər həyatını itirib. Bundan başqa Seneqal və İspaniyada da virusa yoluxanlar olub. Ümumilikdə virusdan ölənlərin sayı isə 7 min 388 nəfərə çatıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr