BMT ayrıseçkiliklə mübarizə aparacaq

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun, BMT-nin gələn il dörd mövzuda qlobal səviyyədə əməliyyatlar keçirməsinin vacibliyini vurğulayıb.

388937
BMT ayrıseçkiliklə mübarizə aparacaq

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun, BMT-nin gələn il dörd mövzuda qlobal səviyyədə əməliyyatlar keçirməsinin vacibliyini vurğulayıb.
Baş katib, dünən Nyu Yorkda təşkil etdiyi mətbuat konfransında, dörd mövzudan birincisinin, iqlim dəyişikliyi ilə mübarizə olduğunu bildirib. O, gələn il Parisdəki konfransda iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli bir razılaşmanın qəbul ediləcəyi barədə danışıb.
İkinci mövzunun Suriya olduğunu bildirən Baş katib, 2015-ci ilin Suriyadakı kabusa son verilən bir il olmasının vacibliyini vurğulayıb.
Üçüncü məsələnin isə ayrıseçkiliklə mübarizə olduğunu ifadə edən Ban Ki Mun, “Radikal qrupların, milli azlıqlar, qaçqınlar və xüsusilə müsəlmanları hədəf almasına qarşı daha çox mübarizə göstərməliyik” deyə bildirib.
Baş katib, dördüncü məsələnin Birləşmiş Millətlər Təşkilatının yeni qlobal layihələrə adaptasiyasını təmin etmək olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr