Fələstinin dövlət kimi tanınmasına çağıran qərar layihəsi qəbul

Fransada senat ölkə hökumətini Fələstinin dövlət kimi tanınmasına çağıran qərar layihəsini qəbul edib.

144925
Fələstinin dövlət kimi tanınmasına çağıran qərar layihəsi qəbul

Fransada senat ölkə hökumətini Fələstinin dövlət kimi tanınmasına çağıran qərar layihəsini qəbul edib.
Fransada Yaşıllar partiyası tǝrǝfindǝn tǝqdim edilǝn qanun layihǝsi sǝsǝ qoyulub.
Səsvermə zamanı 153 senator layihənin lehinə, 146 nəfər isə əleyhinə səs verib.
Hökumət adından çıxış edən Avropa işləri üzrə nazir Harlem Desir bu layihəyə qarşı çıxmadığını desə də, hökumətin Fələstini nə vaxt tanıyacağını açıqlamayıb. Bununla yanaşı o, Fələstinlə İsrail arasında danışıqların başlanılması üçün ölkəsinin tərəflərə lazımi dəstək verməyə hazır olduğunu bildirib.
Senata layihəni dəstəkləyən Didye Guillam isə bəyan edib ki, layihənin qəbulu Orta Şərqdə artan fanatizmə qarşı bir mesaj olacaq.
Öz növbəsində layihənin əleyhinə səs verən müxalifətçi senator Rocer Karautçi isǝ bu məsələdə son qərarı prezidentin verəcəyini bildirərək, nəticə etibarı ilə iqtidarın məsuliyyət daşıyacağını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr