Mərakeşin dövlət naziri faciəvi şəkildə həyatını itirib

Ötən gün Mərakeşin dövlət naziri Abdullah Baha faciəvi şəkildə dünyasını dəyişib.

140264
Mərakeşin dövlət naziri faciəvi şəkildə həyatını itirib

Ötən gün Mərakeşin dövlət naziri Abdullah Baha faciəvi şəkildə dünyasını dəyişib. Nazirin ölümünə səbəb onun şəxsi avtomobili ilə qatar yoluna çıxması olub. Sürətlə hərəkət edən qatar nazirin avtomobilinin üzərinə çıxıb. Nəticədə Abdullah Baha hadisə yerində dünyasını dəyişib. Mərakeş Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Bahanın qatar qəzasında həyatını itirdiyi qeyd edilərək, ən qısa zamanda qəzanın detallarıyla əlaqədar məlumatların bölüşüləcəyi bildirilib.
Qeyd edək ki, Abdullah Baha ölkənin baş naziri Abdullah Ben-ki-ra-nın “qara qutusu” olaraq xarakterizə edilirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr