ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyası başa ça

İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyası başa çatıb.

138849
ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyası başa ça

Sessiyanın ikinci iş günündə 19 qətnamə qəbul olunub. Regionda təhlükəsizlik və insan haqları məsələləri, gender problemləri, irqi və dini ayrı-seçkilik, antisemitizm, terrora qarşı mübarizədə birgə fəaliyyəti, münaqişələrin sülh yolu ilə həlli barədə sənəd imzalanıb. Ancaq, Ukrayna böhranı ilə bağlı konsensus olmadığına görə, bu məsələ ilə bağlı yekun sənəd qəbul etmək mümkün olmayıb.
Qeyd edǝk ki, Bazeldə polislə etirazçılar arasında toqquşma baş verib. Polis aksiyanı dağıdıb, saxlanılanlar var. Jurnalistlərin bir qismi tədbir keçirilən Bazel Sərgi Mərkəzi ərazisindən kənara buraxılmır.
Ətraf küçələr polis tərəfindən nəzarət altına alınıb, kordon qurulub. Qeyd edək ki, ATƏT XİN başçıları Şurasının 21-ci sessiyası bu gün başa çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr