Con Kerry: "İŞİD qorxunc addımlar atır"

Con Kerry, NATO toplantısından sonra İŞİD ilə mübarizəyə dair sualları cavablandırıb.

136842
Con Kerry: "İŞİD qorxunc addımlar atır"

ABŞ-ın dövlət katibi Con Kerry, NATO toplantısından sonra İŞİD ilə mübarizəyə dair sualları cavablandırıb.
İŞİD-in qorxunc addımlar atdığını ifadə edən Kerry, “Qruplaşma maliyyə qaynaqları qurub və yaymağa çalışdığı nifrət mesajı nə bölgədə, nə də dünyanın hər hansı bir digər yerində qəbul edilmir” deyə bildirib.
Kerry, İraqda mərkəzi hökumət və şimali regional rəhbərlik arasında neftin satışı və gəlirin paylaşması ilə bağlı problemlərin həllinə diqqət çəkib.
Türkiyənin, sərhəd təhlükəsizliyi məsələsində narahatlığını anladığını vurğulayan Kerry, “Uçuşa qadağan bölgə yaradılmasına qərar vermək üçün hələ tezdir”deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr