17 mindən çox insan Ebola virusuna yoluxub

Dünya Səhiyyə Təşkilatı, Syerra Leone, Liberiya və Qvineyada 17 mindən çox insanın Ebola virusuna yoluxduğunu açıqlayıb.

135736
17 mindən çox insan Ebola virusuna yoluxub

Dünya Səhiyyə Təşkilatı, Syerra Leone, Liberiya və Qvineyada 17 mindən çox insanın Ebola virusuna yoluxduğunu açıqlayıb.
Təşkilatın verdiyi açıqlamada virusun yayıldığı bu ölkələrdə daha 200 nəfərin virusa yoluxması ilə, Eboladan zərərçəkənlərin sayının 17 mini keçdiyi bildirilir.
Bu arada Syerra Leona Səhiyyə Nazirliyi sözçüsü Jonathan Abass Kamara xəstəxanada çalışarkən virusa yoluxan həkim Tomas Rogersin test nəticələrinin müsbət çıxdığı və Kerry bölgəsindəki səhiyyə mərkəzində müalicəyə başladığını bildirib. Rogers ilə birlikdə ölkədə virusa yoluxan həkimlərin sayı 10-a çatıb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının ən son verdiyi hesabata görə, Ebola virusundan 5 min 689 nəfər həyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr