190 ölkədən nümayəndələrin qatıldığı konfrans keçirilib

Hollandiyanın Haaqa şəhərində “Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı”na üzv olan 190 ölkədən nümayəndələrin qatıldığı konfrans keçirilib.

211140

Yığıncaqda danışan Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad, özlərinin heç bir zaman kimyəvi silahdan istifadə etmədiklərini və heç vaxt da etməyəcəklərini bildirib.
Mikdad, kimyəvi silah istehsal mərkəzlərini, terrorist qrupların ələ keçirdiyini və silahlardan da onların istifadə etdiyini iddia edib.
“Kimyəvi Silahlaraıh Qadağan Olunması Təşkilatı” rəhbəri Əhməd Üzümçü isə, Suriyanın əlindəki kimyəvi silahların terror təşkilatlarının əlinə keçdiyinə dair bir məlumata sahib olmadıqlarını söyləyib.
Üzümçü, Suriyadakı silahların 98 faizinin xaricə aparıldıqdan sonra məhv edildiyini açıqlayıb. 5 gün davam edəcək konfransda, Amerika Birləşmiş Ştatları, Rusiya və Liviyadakı kimyəvi silah problemləri də müzakirə ediləcək.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr