Radikal qruplaşmalara qarşı mübarizə

Polis, 3 nәfәri terror aktı planlamaq və təşkilatlara maddi dəstək tәmin etmәk iddiasıyla həbs edib.

205712
Radikal qruplaşmalara qarşı mübarizə

Hollandiyada polis, 3 nәfәri terror aktı planlamaq və təşkilatlara maddi dəstək tәmin etmәk iddiasıyla həbs edib.
İkisi 26 və biri 30 yaşda olan gənclər Eyndhoven (aynthofen) və Arnhern şəhərlərində saxlanılıb.
Mәhkәmәnin mәlumatına görә gənclər, Hollandiyada terror aktı planlayırdılar. Suriyadakı Əl Nusra Cəbhəsinə qatılmaq planları da olan gәnclәrin Suriyadakı radikal qruplaşmalara pul köçürdüklәri dә aşkarlanıb.
İstintaqın Hollandiya Kəşfiyyat Təşkilatı tәrәfindәn verilәn məlumatlar istiqamətində yayda başladıldığı qayd edilib.
Qeyd edәk ki, Suriyaya gedərək radikal qruplarla birlikdə döyüşәn 130 Hollandiyadan 30-u geri qayıdarkәn, 14-ü Suriyada qarşıdurmalar әsnasında ölüb.
Digәr tәrәfdәn anası tәrәfindәn Suriyadakı radikal qrupların əlindən xilas edilәn 19 yaşlı Hollandiyalı qız, məhkəmənin pul cəzası qәrarına görә sərbəst buraxılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr