Ferqüsonda əsgərlərin sayı 3 dәfә artırılıb

Ferqüsonda aksiyaçılar ilә polis arasında şiddәtli qarşıdurma baş verib.

205689
Ferqüsonda əsgərlərin sayı 3 dәfә artırılıb

Ferqüsonda gәrginlik artmaqda davam edir. Şəhərdə əsgərlərin sayı 3 dәfә artırılıb. Gecәni sәhәrә kimi davam edәn aksiyalarda nümayişçilər səki daşları və şüşələrlə polisə hücum edib. çox sayda aksiyaçı nəzarətə alınıb. Saint Louis hava limanı ilə bağlı uçuşlar ləğv edilib.
Sent-Luis polisinin verdiyi xəbərə əsasən, işğtişaşlar davam edən Ferguson şəhərinin rayonlarından birində avtomat silahdan açılan intensiv atəş səsi eşidilməkdədir. Atəşin kimin tərəfindən açıldığı məlum deyil.Bundan əvvəl Fergusonda ABŞ-ın Missuri ştatının Andlılar Məhkəməsi avqustda Ferqüson şəhərində Michael Brown adlı 18 yaşlı qaradərili yeniyetməni güllələyən polis əməkdaşı Darren Wilsonu günahsız olduğunu sayaraq ona qarşı ittiham irəli sürməmək qərarına gəlmişdi.
Polis əməkdaşı məhkəməyə bildirirb ki, qanunu pozmayıb və təlimata uyğun hərəkət edib.
Missuri ştatının qubernatoru Cey Nikson 18 yaşlı afroamerikalı Maykl Braunun qətli ilə bağlı məhkəmə qərarının elan olunması ərəfəsində şəhərdə fövqəladə vəziyyət elan edib. Maykl Braun avqustun 9-da Fergüson şəhərində polisin tələbinə tabe olmadığına görə güllələnmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr