Ukraynada beş partiyadan ibarət hakim koalisiya

Ukraynada beş partiyadan ibarət hakim koalisiya yaranıb.

200481
Ukraynada beş partiyadan ibarət hakim koalisiya

Ukraynada beş partiyadan ibarət hakim koalisiya yaranıb.
Koalisiyaya Petro Poroshenko Bloku, Xalq Cəbhəsi, Samopomich, Radikal Partiya və Batkivshchyna daxildir.
Beş partiya noyabrın 21-də ilkin koalisiya razılaşması əldə edib.
Koalisiya Ukraynanın NATO-ya qoşulmasının əsas məqsəd olmasına, Rusiyanın tutduğu Krımın Ukraynanın nəzarətinə qaytarılması barǝdǝ razılaşıb.
Partiyalar ayrıca razılıq ǝldǝ ediblǝr ki, millǝt vǝkillǝrinin toxunulmazlığı ləğv edilsin, seçki sistemində islahat aparılsın, Sovet və nasist simvolları qadağan olunsun, ölkədə hakimiyyətin strukturunda mərkəzləşmə olmasın.
Partiyaların ilk plandaki hǝdǝflǝri sırasında ölkənin şərqində daimi hərbi bazanın yaradılması, ölkənin ÜDM-sinin azı 3 faizinin hərbi ehtiyaclar üçün ayrılması var.
Razılaşma bu gün parlamentdə rəsmən təqdim olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr