Terrorçular islamı qəbul edən amerikalının başını kəsdilər

İŞİD tərəfindən oğurlanan Amerikalı humanitar yardım əməkdaşı Piter Kessiqi öldürülüb.

192465
Terrorçular islamı qəbul edən amerikalının başını kəsdilər

Suriyada iş başında olarkən İŞİD tərəfindən qaçırılan Amerikalı humanitar yardım əməkdaşı Piter Kessiqi öldürülüb. ABŞ prezidenti Barak Obama, İŞİD tərəfindən öldürülən Piter Kessiqinin ailəsinə başsağlığı verib. Terror təşkilatı bundan başqa Əsəd rejiminə aid pilotları kütləvi şəkildə qətlə yetirib. İngilis xadim Conun isə son qarşıdurmalarda yaralandığı iddia edilir. İraq ordusunun İŞİD-ə qarşı əməliyyatları isə davam edir. Beycidə ölkənin ən böyük neftayırma zavodunun partladılmasından sonra Diyalədəki İdem anbarını ələ keçirən İraq ordusu, anbarın ətrafındakı İŞİD mövqelərinə hücum edib. Bağdada gələn ABŞ Baş Qərargah rəisi Martin Dempsey, Baş nazir Heydər Abadi və Müdafiə naziri Xalid Ubeydi ilə görüşüb. Dempsey, daha sonra regional kürd rəhbərliyinin mərkəzi Erbilə gedib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr