Qocaların sayı artır

Beş ildən sonra dünyada yaşı 60-dan yuxarı olan yaşlı insanların sayı 5 yaşına çatmamış uşaqların sayından çox olacaq.

186142
Qocaların sayı artır

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, beş ildən sonra dünyada yaşı 60-dan yuxarı olan yaşlı insanların sayı 5 yaşına çatmamış uşaqların sayından çox olacaq. Belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək. Təşkilatın mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər. Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2025-ci ilə onların sayı dünyada 2 milyard olacaq. Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr