Berlin divarının dağıdılmasının 25 il dönümü

Berlin Divarının dağılmasının 25-ci il dönümü müxtəlif tədbirlərlə qeyd olunur.

186038
Berlin divarının dağıdılmasının 25 il dönümü


Almaniyada Berlin Divarının dağılmasının 25-ci il dönümü müxtəlif tədbirlərlə qeyd olunur. Paytaxt Berlində, “İşıq divarı” adlı mərasimdə şəhəri 1961-ci ildən sonra 28 il boyu ikiyə bölən Berlin Divarının keçdiyi xəttin 15 kilometrlik hissəsində 8 min şar havaya buraxılıb. Minlərlə insan Federal Məclis, Brandenburq Qapısı kimi köhnədən Berlin Divarının keçdiyi bir çox mərkəzlərdə təşkil edilən “İşıq Divarı” tədbirlərinə qatılıb. Almanlar və şəhəri ziyarətə gələn turistlər keçirilən sərgilərə və anım tədbirlərinə axın edib. Tarixi Brandenburq keçid məntəqəsində bu gün “Azadlıq üçün cəsarət” şüarı adı altında xalq şənliyi təşkil ediləcək. Almaniya kansleri Angela Merkel də Divar Abidə Muzeyində keçiriləcək tədbirdə iştirak edəcək. Qeyd edək ki, Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya getməklərinə əngəl olmaq üçün 13 Avqust 1961-ci ildə Berlində tikintisinə başlanan 46 km uzunluğunda Berlin Divarı, 9 noyabr 1989-cu ildə dağılıb. Həmin divar qərbdə illərlə "Utanc divarı" (Schandmauer) olaraq da xatırlanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr