Fransada işsizliyi azaltma yolları

Fransa prezidenti Fransua Olland işsizlik nisbətini azaltmazsa 2017-ci ildə seçkilərdə namizəd olmayacağını açıqlayıb.

184451
Fransada işsizliyi azaltma yolları

Fransa prezidenti Fransua Olland işsizlik nisbətini azaltmazsa 2017-ci ildə seçkilərdə namizəd olmayacağını açıqlayıb.
Olland televiziya kanallarından birində jurnalistlərdən və xalqın müxtəlif təbəqələrindən gələn sualları cavablandırıb.
2012-ci ildə iqtidara gələn və son dövrdə xalqın dəstəyinin 12 faizə düşdüyünü deyən Olland, iqtidardan danışarkən ən böyük uğursuzluğun işsizliklə mübarizə olduğunu qəbul edib.
Fransanı islahatlardan keçirmə mövzusunda qərarlı olduğunu deyən Olland, 10 faizi keçən işsizlik nisbətinin aşağı salınmaması halında yenidən namizəd olmayacağını deyib.
Daxili siyasətlə bağlı suallara cavab verilən canlı yayında Olland, gənclərin və işsizlərin məşğulluğun artırılması, sahibkarların isə yüksək istehsalla bağlı suallarına cavab verib.
Olland, vergilərin bundan artıq olamayacağına söz verib və şirkətlərin ödədiyi hesabların isə aşağı salınacağını deyib.
İŞİD-ın Əlcəzairdə başını kəsərək edam etdiyi Fransız girov ilə bağlı Olland, “iqtidara gəldiyimdən indiyədək ən ağır gün yaşadım” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr