Ukraynanın şərqində qondarma regional seçki

Rus separatşılarının nəzarətində olan Donetsk və Luqanskda qondarma regional seçki keçirilir.

177865
Ukraynanın şərqində qondarma regional seçki

Ukraynanın şərqində Rus separatşılarının nəzarətində olan Donetsk və Luqanskda qondarma regional seçki keçirilir. Rusiyanın dəstəklədiyi seçkini, Ukrayna və qərbli ölkələr, bölgədə təmin edilən zəif atəşkəsə zərər verəcəyini bildirib. 3 milyon sәs bülleteninin çap edildiyini ifadә edәn rəsmilər seçkinin güclərinə qanuni etbar qazanacağını deyib. Siyasi müşahidəçilər, qondarma seçkilərdə Rusiya tərəfdarlarının əldə etməsi nəticəsində Moskvanın bölgəni ilhaq etmək ya da müstəqilliyini tanımaq üçün hərəkətə keçə biləcəyini ifadə edirlər. Ölkənin şərqində, Rusiya tərəfdarları və Ukrayna ordusu arasında baş verən qarşıdurmalarda, aprel ayından indiyədək 4 mindən artıq insan həlak olub. BMT-nin məlumatına görə, son 10 gündə 300 nəfər həyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr