Gərginlik davam edir

İsrailin Məscidi-i Əqsada ibadǝt edilmǝsini qadağa etmǝsindǝn sonra başlayan gərginlik davam edir.

170693
Gərginlik davam edir

İsrailin Məscidi-i Əqsada ibadǝt edilmǝsini qadağa etmǝsindǝn sonra başlayan gərginlik davam edir.
Qüdsdə küçədə cümə namazından sonra Fələstinlilər, İsrail əsgərləri ilə qarşı-qarşıya gəlib. Qadağaya etiraz edən Fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. İsrail əsgərləri, 14 yaşında bir Fələstinli gənci döyərək öldürüb. Hadisələrdə, 12 Fələstinli də yaralanıb, 3-ü nəzarətə alınıb.
İsrail Ordusu təxminən bir həftə əvvəl də İordan Çayının Qǝrb Sahilindǝ 13 yaşında bir Fələstinli gənci döyərək öldürmüşdü. Digər tərəfdən, İsrail, daş atan fələstinliləri tapmaq məqsədi ilə Şərqi Qüdsdə “Balon kamera” tətbiqinə başlayıb. Kameralardan əldə olunan görüntülər vasitəsi ilə daş atan fǝlǝstinlilǝri tapmaq mümkün olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr