Morokko-Cezayir arasında yeni gərginlik başlayıb

Əlcəzairdəki Morokko səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

163803
Morokko-Cezayir arasında yeni gərginlik başlayıb

Morokko-Cezayir arasında yeni gərginlik başlayıb. Əlcəzairdəki Morokko səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Cezayir Xarici İşlər Nazirliyindən verilən və Cezayir Xəbər Agentliyi tərəfindən yayılan açıqlamada müvəqqəti işlər vəkilinin Cəzairli əsgərlərin Morokkolu vətəndaşlara atəş açdığı ittihamlarından duyduğu narazılığını ifadə etmək üçün çağırıldığı ifadə edilib. Məlumatda bildirilir ki, Xarici İşlər Nazirliyinin baş katibi Abdulhamid Sənusi Biriksi Morokkonun ortaya atdığı iddiaları qəti şəkildə rədd edib. Cəzairin bu cür provakasiyaliyara əhəmiyyət verməyəcəyi və qonşuluq əlaqələrinin zərər görməməsi üçün əlindən gələni edəcəyi aşıqlamada yer alıb.
Qeyd edək ki, Morokko hökuməti Əlcəzair əsgərlərinin iki ölkə sərhədində vətəndaşlara atəş açdığını iddia edir, Cezayir rəhbərliyi isə Morokkolu bir qrup qaçağın daşlı hücumundan sonra əsgərlərin yalnız havaya atəş açdığını bildirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr