Baş naziri Özkan Yorgancıoğlundan Yunan tərəfinә çağırış

Şimali Qıbrıs Türk Respublikasının Baş naziri Özkan Yorgancıoğlu Yunan tərəfini tez bir zamanda müzakirə masasına dönməyə çağırıb.

152155
Baş naziri Özkan Yorgancıoğlundan Yunan tərəfinә çağırış

Şimali Qıbrıs Türk Respublikasının Baş naziri Özkan Yorgancıoğlu Yunan tərəfini tez bir zamanda müzakirə masasına dönməyə çağırıb. Baş nazir Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Qıbrıs üzrə xüsusi müşaviri Espen Barth Eide ilə görüşüb. Müsahibədәn sonra jurnalistlərin suallarını cavablandıran Yorgancıoğlu Eide "Kipr probleminin danışıqlar yolu ilə həll edilməsinin vacibliyi və Yunan Rum tərəfinin mümkün olduqca tez bir zamanda yenidən müzakirələrə qayıtmasının lazım olduğunu" sәslәndirib. Yorgancıoğlu bu günlərdə müzakirə edilən Şərqi Aralıq dənizidəki qazma vә axtarış işləri ilə əlaqədar fikirlərini də paylaşdıqlarını və Eidenin də bu məsələdə həmfikir olduğunu söyləyib.
Yunanların "Biz təbii qazı taparıq, türklər sonra bundan faydalanar" məntiqinin inandırıcı olmadığını ifadə edən Yorgancıoğlu ortaq axtarış aparılmasının önəmli olduğunu deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr