Pakistan-Hindistan arasındakı gǝrginlik
7 gündür ağır silahlarla hǝyata keçirilǝn hücumlarda 5 nəfər ölüb, 26 nǝfǝr yaralanıb.
Pakistanın Hindistan ilǝ sǝrhǝd bölgǝlǝrindǝ hind ǝsgǝrlǝrinin 7 gündür ağır silahlarla hǝyata keçirdiyi hücumlarda 5 nəfər ölüb, 26 nǝfǝr yaralanıb.
Pencap ǝyalǝtinin Hindistan sǝrhǝdindǝki Pasrur vǝ Şakargarh bölgǝlǝrindǝ, Hindistan ǝsgǝrlǝrinin ağır silahlar vǝ havan topları ilǝ hǝyata keçirdiyi hücumlarda dinc ǝhalidǝn iki nǝfǝrin yaralandığı, Pakistan sǝrhǝdindǝ vǝzifǝli ǝsgǝrlǝrin cavab vermǝsilǝ atışmaların davam etdiyi, bölgǝdǝki evlǝrǝ dǝ ciddi ziyan dǝydiyi bildirilib.
Paytaxt İslamabadda parlament binası qarşısında hökumǝt ǝleyhinǝ nümayişlǝrini davam etdirǝn Pakistan Xalq Hǝrǝkatı lideri Tahir-ul Kadri, sǝrhǝddǝki hücumlar qarşısında sǝssiz qaldığını irǝli sürǝrǝk Baş nazir Navaz Şǝrifi tǝnqid edib.
Navaz Şǝrifin Milli Tǝhlükǝsizlik vǝ Xarici Әlaqǝlǝr üzrǝ müşaviri Sǝrtaç Әziz verdiyi açıqlamada, Pakistanın sǝrhǝdlǝrdǝ baş verǝn hadisǝlǝr qarşısında sǝbrlǝ addım atdığını bildirǝrǝk, Hindistanı atǝşkǝsǝ çağırıb.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb