Müsәlmanlar bayram namazında bir araya gәliblәr

Bu gündən Qurban Bayramını qeyd etməyə başlayan ölkələrdə yaşayan müsəlmanlar bayram namazında bir araya gəliblər.

149533
Müsәlmanlar bayram namazında bir araya gәliblәr

Bu gündən Qurban Bayramını qeyd etməyə başlayan ölkələrdə yaşayan müsəlmanlar bayram namazında bir araya gəliblər. Türkiyə və dünyanın bir çox ölkəsinə görə saatların daha irəli olduğu Avstraliyada Qurban Bayramı erkən başlayıb.
Türkiyəyə görə bayrama 7 saat, Avropa ölkələrinə görə isə təxminən 9 saat əvvəl daxil olan Avstraliyada müsəlmanlar səhərin erkən saatlarından etibarən məscidlərə toplaşıblar. Bayram namazı qılınıb xütbə oxunması ilə Qurban Bayramı başlayıb.

Türkiyə

Türkiyədə də Qurban Bayramı böyük coşqu ilə qeyd olunur. Bayram namazı qılmaq üçün vətəndaşlar məscidlərə axışıblar. Namazın ardından insanlar bayramlaşıb və qurbankəsmə mərasimlərinə başlanıb.

Qazaxıstan

Qazaxıstanın paytaxtı Astanada da Qurban Bayramı qeyd olunur.
Orta Asiyanın ən böyük məscidlərindən Həzrət Sultan Məscidi yerli saatla 05.30-dən etibarən dolmaya başlayıb. 10 min insanın eyni anda ibadət edə bildiyi məscidin ətrafında bayram namazı öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib. Saat 08: 00-də qılınmağa başlanan bayram namazında çox sayda qadın mömin də ibadətini yerinə yetirib.
Təxminən 17 milyon əhaliyə sahib Qazaxıstanda 11 milyon müsəlman yaşayır.

Qırğızıstan

Qırğızıstanın paytaxtı Bişkekdə yağışlı hava şəraitinə baxmayaraq erkən saatlarda baş nazirlik binasının önündəki meydanda toplanan müsəlmanlar Qurban Bayramı namazını yağış altına qılıb. Müfti müavini Ravşanbek Eratovun verdiyi xütbənin ardından bayram namazı qılınıb.
Bayram namazına bəzi millət vəkilləri ilə birlikdə qatılan Məclisin başçısı Asılbek Ceenbekov prezident Almazbek Atambayev və millət vəkilləri adından vətəndaşların bayramını təbrik edib. Bayram namazının qılınmasının ardından Quran-ı Kərim oxunub.

Azərbaycan

Azərbaycanda minlərlə müsəlman paytaxt Bakıda Əjder Bəy, Qaraçuxur və İlahiyyat məscidlərinə axın ediblər. Yer tapa bilməyənlər də yağışlı və buludlu havaya baxmayaraq namazlarını məscid həyətlərində qılıblar. Azərbaycanda yaşayan Türk vətəndaşları da İlahiyyat Məscidində Azərbaycan vətəndaşları ilə birgə namaz qılıblar. Təxminən 12 min adam, məscid içində və həyətində qıldıqları namazdan sonra bir-birləriylə bayramlaşıb. Bayramlaşmadan sonra məscidin ətrafında gözləyən ehtiyac sahiblərinə yardımlar edilib.

Əfqanıstan

Terror hadisələriylə dünya gündəmindən düşməyən Əfqanıstanda da xalq bayram namazını qılmaq üçün məscidlərə axın edib. Ölkənin ən sıx şəhərlərindən Məzar-ı Şərifdə Qurban Bayramı namazı şəhərin ən böyük məscidi olan və Hz. Əlinin türbəsi olduğuna inanılan Ravzanın önündəki Yaşıl Məsciddə qılınıb. Namazdan əvvəl xalqa müraciət edən Bəlx Qubernator Köməkçisi Məhəmməd Zaher Vəhdət Əfqanıstanda illərdir davam edən vətəndaş müharibəsinin minlərlə uşağı yetim qoyduğunu, bayram vəsiləsiylə yetimlərin əlindən tutub onlara sahib çıxılmağın vacib olduğunu vurğulayıb. Qurban Bayramının dinclik və birlik bayramı olduğunu deyən Məhəmməd Zaher Vəhdət bayram günlərində bütün inciklikləri bir yana buraxılaraq xoşbəxtlik içində qeyd olunmasını hər kəsə tövsiyə edib. Möhkəm təhlükəsizlik tədbirləri altında qılınan bayram namazından sonra əfqan xalqı kütləvi bayramlaşma mərasiminə qatılıb.

Afrika

Efiopiyanın bir çox şəhərində də minlərlə müsəlman bayram namazını stadionlarda qılıb. Efiopiya prezidenti Mulatu Teshome ölkəsindəki bütün müsəlman icmasının bayramını təbrik edib.
Başda Türkiyənin Dini İşlər İdarəsi olmaqla bir çox humanitar təşkilatlar Efiopiyada 100 min, Şərqi Afrikada isə 150 minə yaxın ailəyə qurbanlar paylayacaq. Efiopiyada yaşayan Türk vətəndaşları isə bayramın ikinci günü paytaxt Əddis Əbəbədəki İstanbul Restoranında təşkil olunan bayramlaşma mərasimində bir araya gələcəklər.

Suriya

Suriyada isə bayram namazı qırıcı təyyarələrinin kölgəsində qılınıb. Qurban Bayramının ilk saatlarında Əsəd qüvvələri Hələbə hava hücumu təşkil edib. Saatlarla davam edən hücumda döyüş təyyarələrindən bombalarla bərabər zəhərli qaz atıldığı iddia edilir. Sübh tezdən qarşıdurmaların sona çatmasıyla vətəndaşlar təhlükəsiz bölgələrdəki məscidlərdə bayram namazı qılıblar. Namazın ardından Suriyalılar qəbiristanlıqlara axın edib. Həyatını itirən yaxınlarının məzarlarını ziyarət edib, dualar və Quran-ı Kərim oxunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr