David Kameron, İŞİD üçün döyüşməyə gedən vətəndaşlarına səslənib

İngiltərənın Baş naziri David Kameron İraqda və Suriyada İŞİD üçün döyüşməyə gedən vətəndaşlarına müraciәt edib.

147039
David Kameron, İŞİD üçün döyüşməyə gedən vətəndaşlarına səslənib

İngiltərənın Baş naziri David Kameron İraqda və Suriyada İŞİD üçün döyüşməyə gedən vətəndaşlarına səslənərək "Sizlər Birləşmiş Krallığın düşmənlərisiniz" deyə sərt xəbərdarlıq edib.
Rəhbəri olduğu Mühafizəkar Partiyasının Birmingham şəhərində təşkil edilən illik konqresində çıxış edən Kameron Birləşmiş Krallığın təhlükəsizliyini qorumaq üçün əllərindən gələn hər şeyi edəcəklərini deyərək ölkəsindən Suriyada və İraqda İŞİD üçün döyüşməyə gedən İngilis vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, "sizi dayandırmaq üçün səlahiyyətlərimiz daxilində hər şeyi edəcəyik, hazırda o bölgədəsinizsə o zaman İngiltərəyə geri qayıtmağınıza mane olacağıq. Sizlər İŞİD-ə qatılaraq hansı tərəfdə olduğunuzu göstərirsiniz"deyib. Qeyd edək ki, Birləşmiş Krallıqdan təxminən 500 nəfərin Suriyada və İraqda İŞİD tərəfində döyüşməyə getdiyi təxmin edilir.

 



Etiketlәr:

Әlaqәli Xәbәrlәr