Müstəqilliyə dair referendum

İspaniyada Konstitusiya Məhkəməsi hökumətin referendumun ləğvinə dair müraciətini qəbul edib.

144442
Müstəqilliyə dair referendum

İspaniyada Konstitusiya Məhkəməsi hökumətin referendumun ləğvinə dair müraciətini qəbul edib.
Məhkəmənin bu qərarı ilə Kataloniya rəhbərliyinin noyabrın 9-da müstəqilliyə dair referenduma getmə qərarı təxirə salınmış olur.
Konstitusiya Məhkəməsinin qəti qərar verməsininsə illərcə davam edəcəyi bildirilir. Məhkəmənin qərarına baxmayaraq Kataloniyadaki partiyalar referendum hazırlıqlarını davam etdirirlər.
İspaniyanın baş naziri Mariano Rajoy məhkəmənin qərarından əvvəl verdiyi açıqlamada heç bir qrupun ölkənin bütövlüyü mövzularında təkbaşına qərar verə bilməyəcəyini söyləmişdi.
Kataloniya lideri Artur Mas isə müstəqillik qərarı alacaqları halda atacaqları addımları yekunlaşdıran 18 maddəlik bir plan da açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr