Pilotların aksiyasi sona çatıb

Pilotları 2 həftədir davam etdirdikləri etiraz aksiyasına son qoyublar.

142913
Pilotların aksiyasi sona çatıb

Air France pilotları 2 həftədir davam etdirdikləri etiraz aksiyasına son qoyublar.
Hәmkarlar ittifaqınının mәlumatına görә pilotlar ilә agentlik havayolları şirkәti arasında konkret razılıq olmayıb. Ancaq daha aksiyanı davam etdirmәnin mümkün olmadığını bildirib.
Air France şirkәtindәn ötәn hәftә verilәn açıqlamada isә pilotların aksiyasına səbəb olan Transavia layihəsinin ləğv edildiyi qeyd edilib.
14 gün davam edən etiraz aksiyasına görә şirkətә tәxminә 200 milyon avro zәrәr dәyib.
Qeyd edәk ki, Pilotlar ucuz bilet satan havayolu şirkətləriylә rәqabәt etmək məqsədiylə Avropada hәyata keçirilәcәk Transavia layihәsindәn, işdən çıxarmalara və mövcud hüquqlarının qəsb edilmәsinә gәtirib çıxaracağı sәbәbindәn, etiraz edirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr