Terror sülh vә beynәlxalq tәhlükәsizliyә zәrbә vurur

Sülh vә beynәlxalq tәhlükәsizliyin qarşısındakı әn böyük problem terrordur.

137577
Terror  sülh vә beynәlxalq  tәhlükәsizliyә zәrbә vurur

BMT-nin Baş katibi Pan Gi Mun İŞİD və digər terror qruplarının beynəlxalq sülh və təhlükəsizliyə böyük zərbə olduğunu qeyd edərək bildirib ki, bu təhdidlərə beynəlxalq miqyasda cavab verilməlidir. Pan Gi Mun Təşkilatın yaradılmasının 69 –cu ildönümü mərasiminin açılışındakı çıxışı zamanı ötən ilin sentyabrından bu yana BMT-də həlli yolları axtarılan qlobal məsələlərdən danışıb. “Ərəb Baharı” na diqqəti çəkən baş katib Suriya və İraqda hər ötən gün “barbarlığın artığını” izlədiklərini təəəsüflə qeyd edib. O, Qərbi Afrikada iki mindən çox insanın həyatına son qoyan Ebola epidemiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb. Pan Gi Mun iqlim dəyişmələri probleminə də diqqəti çəkərək bildirib ki, əgər bu gün problem öz həllini tapmazsa gələcəkdə bunun çox ağır nəticələri olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr